Fito Lab Pharmaceuticals, 2019-cu ildə qurulmuş beynəlxalq əczaçılıq şirkəti olaraq, müasir istehsal müəssisələri və qabaqcıl texnologiyalarla əczaçılıq, qida əlavələri və kosmetika sahələrində öncül istehsalçıya çevrilmişdir.
Bizim əsas məqsədimiz, istehlakçıya ən keyfiyyətli məhsulları təqdim etməkdir. Bunun üçün infrastrukturumuzu və avadanlıqlarımızı daima inkişaf etdirərək, qabaqcıl texnologiyalar və mükəmməl xidmətlərlə istehlakçılara xidmət edirik. Şirkətimiz, sürətli və səmərəli istehsal xətləri ilə fəaliyyətini davam etdirərək, biznes tərəfdaşlarına daimi sərmayələr qoyur və onları ən yüksək standartlarla təmin edir.
Məhsullarımızın keyfiyyətinə böyük önəm veririk və bununla bağlı lazım olan bütün sənəd və sertifikatlara sahib olmağımızdan qürur duyuruq. Bunlara GMP (Yaxşı İstehsalat Təcrübələri) sertifikatı, ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi sertifikatı və ISO 22000 -2018 qida təhlükəsizliyi sertifikatları daxildir. Bizim üçün yerli və beynəlxalq tərəfdaşlarımızın və müştərilərimizin etibarı prioritet təşkil edir və bu etibarı qorumağa çalışırıq.
Fito Lab Pharmaceuticals olaraq, keyfiyyətli məhsullar istehsal etməyi hədəf alırıq və bu uğuru yalnız müştərilərimizin məmnuniyyəti və etibarı ilə ölçürük. Məhsullarımızın keyfiyyətini və etibarlılığını qiymətləndirən hər kəsə xidmət təqdim etmək üçün dünyanın bir çox ölkəsində distribütor xidmətləri və müqavilə istehsalı ilə təmin edirik. Beləliklə, qlobal bazarda daha geniş müştəri kütləsinə xidmət edərək, keyfiyyət və mükəmməllik prinsiplərindən imtina etmirik.


İnnovasiya və Texnoloji İnkişaf
Tədqiqatlar
Güclü elmi bazamız sayəsində, mövcud dərmanların təkmilləşdirilməsi və yeni dərmanların yaradılması məqsədilə davamlı tədqiqatlar aparır, bu sahədə innovativ həllər inkişaf etdiririk.
İstehsalın inkişafı
İstehsal obyektlərinə yönəlmiş investisiyalar və texnoloji təkmilləşdirmələr, istehsalın keyfiyyətini və gəlirliliyini əhəmiyyətli dərəcədə artırmağa şərait yaradır.
Xidmətlərin təkmilləşdirilməsi
Biz daim irəliləyirik: xidmətlərimizi və partnyor proqramlarımızı təkmilləşdirmək, müştərilərimiz və tərəfdaşlarımıza daha böyük dəyər təqdim etmək məqsədini daşıyır.
Strateji Elm
FITO LAB Pharmaceuticals, öz tədqiqat laboratoriyası vasitəsilə istehsalın keyfiyyətini birbaşa yüksəldən və sənayenin qabaqcıl tələblərinə uyğun unikal nou-hau tətbiq edir.
Bazar liderliyi
FITO LAB Pharmaceuticals, Azərbaycanda istehsal olunan məhsulların həcmi və keyfiyyətinə görə lider mövqe tutur və bu uğur, şirkətin innovativ yanaşmasını əks etdirən iki qabaqcıl zavodun sayəsində əldə edilir.
Keyfiyyət təminatı
İstehsalımız, beynəlxalq ISO və GMP standartlarına uyğun olaraq sertifikatlarla təsdiqlənmiş və əczaçılıq məhsullarının yüksək keyfiyyətini təmin edir.